Ruhani: "Heç kim İranın razılaşmaya qayıtması üçün ilk addımı atacağını gözləməməlidir"


İran Prezidenti Həsən Ruhani, ABŞ və Avropa ölkələrinin nüvə razılaşmasının pozulması səbəbi ilə öhdəliklərini dayandırdıqlarını bildirib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Ruhani  İran İslam İnqilabının ildönümü münasibətilə iclasda danışıb. İclasda bir sıra ölkələrin səfirləri də iştirak edib. Nüvə razılaşması məsələsinə toxunan Ruhani, İranın nüvə razılaşmasına həmişə sadiq qaldığını bir daha vurğulayıb:
“ABŞ və Avropa nüvə razılaşmasını pozdu. Heç kim İranın razılaşmaya qayıtması üçün ilk addımı atacağını gözləməməlidir. Razılaşmanı tərk edən və İran xalqına qarşı hər cür zülmü rəva görənlər yenidən razılaşmaya qayıtmalıdır”.

 

DİGƏR XƏBƏRLƏR

Top