Həbs edilən baş həkimin yerinə təyinat olub?


Masallı rayon Mərkəzi Xəstəxanasına yeni baş həkimin təyin olmasıyla bağlı məlumatlar yayılıb. Xəstəxananın Konsultativ Poliklinka şöbəsinin müdiri Rasim Əzizovun sabiq baş həkimi əvəzlədiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Qafqazinfo-ya R. Əzizovun bu vəzifəyə təyin olunmadığı, baş həkimin səlahiyyətlərinin ona həvalə olunduğu bildirilib. 

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov  yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. 

Binəqədi Rayon Məhkəməsində Cəlil Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib. O, tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət almaqda, sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlər hazırlamaqda ittiham olunur. 

DİGƏR XƏBƏRLƏR

Top