Köməkçisi Yeltsinin şəxsi həyatı barədə bilinməyənləri açıqladı: "O introvert idi..."


Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin barədə yeni məlumatlar açıqlanıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Yeltsinin keçmiş köməkçisi Georgi Satarov keçmiş prezidentin alkoqol düşkünü olmadığını deyib. O bildirib ki, Yeltsin sadəcə çətin məqamlarda spirtli içki qəbul edirdi:
“Məsələ burasındadır ki, Boris Nikolayeviç Yeltsin introvert idi (özünə qapanan). Problemləri barədə heç kəsə danışmırdı. Düzdür, həm introvert, həm də siyasətçi olmağı təsəvvür etmək çətindir. Ancaq həqiqətən belədir”.  
Georgi Satarov həmçinin bildirib ki, Yeltsin 1995-ci ildə infarkt keçirdiyi üçün spirtli içki qəbul etməyi dayandırmışdı.
Qeyd edək ki, Boris Yeltsin, 10 iyul 1991 və 31 dekabr 1999 illər arasında Rusiyaya rəhbərlik edib. 2007-ci ilin aprelində 76 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top