Latviyada ilk dəfə yüksək patogen quş qripi aşkarlandı


Latviyanın Qida və Baytarlıq Xidməti ölkədə yüksək patogen quş qripi tapıldığını bildirib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bəhs edilən virus Latviyanın Jurmala şəhərində iki ölü qu quşunda aşkar edilib. Bunun Latviyada ilk quş qripi hadisəsi olduğu bildirilib. 
Qeyd edək ki, quş qripi həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu viral xəstəlikdir. Əsas daşıyıcıları vəhşi quşlardır. Son vaxtlar xüsusilə Yaponiyada quş qripi sürətlə yayılmağa başlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top