"SOCAR Construction" MMC (VÖEN:1501278521) nizamnamə kapitalının 8 milyon 972 min 311 manat məbləğdən 2 milyon 198 min 970 manat məbləğə azaldığını elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “SOCAR Construction” MMC 22.08.2008-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Ağayev Zaur Arzu oğludur.