Rusiya və Türkiyə kosmik sahədə əməkdaşlığa başlayır


Rusiya və Türkiyə, kosmik sahədə əməkdaşlığın inkişafı ilə bağlı müqavilə imzalamağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a “Roskosmos”un mətbuat xidmətindən məlumat verilib:
"Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın daha da uğurlu inkişafı üçün müqavəilə sənədinin hazırlanması üçün fəal iş aparılır. Türk həmkarlarımızla daha sıx əməkdaşlıq etmək fürsətinə sahib olduğumuza görə şadıq və yaxın gələcəkdə onlardan kosmik uçuş iştirakçılarının təlimi və kosmosda insanlı kosmik missiyanın təşkili daxil olmaqla bir çox layihələrə başlayacağıq”.

 

DİGƏR XƏBƏRLƏR

Top