Dövlət sektorunda işləyənlərin sayı azalıb – SON RƏQƏMLƏR


Bu ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi) çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7% artaraq 1 milyon 691,8 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, muzdla çalışan işçilərin 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayının 1-nə olan məlumatda muzdla işləyənlərin sayının iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər olduğu qeyd olunub.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə iqtisadiyyatın dövlət sektorunda 3,7 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 50,1 min nəfər artıb.

DİGƏR XƏBƏRLƏR

Top