"Üzr istəyirəm ki, vaxtilə belə yaramazları vəzifəyə dəvət etmişəm" - Sabiq nazir


"Çox təəssüf edirəm ki, vaxtilə Səlim Müslümovun savadını, biliyini görüb dəyərləndirsəm də, onun bu qədər böyük tamaha sahib olduğunu duya bilməmişəm. Eyni sözləri keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov haqqında da deyə bilərəm".

Yeniavaz.com xəbər verir ki, bunu “Yeni Müsavat”a 1994-1999-cu illərdə maliyyə naziri olmuş Fikrət Yusifov deyib.
Sabiq nazir F.Yusifov qeyd edib ki, Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiklərini Heydər Əsədov bir başqa formada Kənd Təsərrüfatı Nazirliyində təkrarlayırdı:
"Bunların hər ikisinin tamahı öz boylarından yüz dəfə böyük imiş. Mən bir dəfə ölkə mətbuatında onların hər ikisi nazir kürsüsündə əyləşdikləri vaxt çıxış edib belə tamahkar adamları vaxtilə vəzifə başına gətirdiyimə görə xalqdan üzr istəmişdim. İndi bir daha hər bir azərbaycanlıdan və ilk növbədə onların korrupsiyasının qurbanı olmuş vətəndaşlardan üzr istəyirəm ki, vaxtilə belə yaramazları vəzifəyə dəvət etmişəm".

DİGƏR XƏBƏRLƏR

Top