Azərbaycanda sabiq icra başçısı vəfat edib - FOTO


Göygöl Rayon (keçmiş Xanlar rayonu) İcra Hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı olub.

DİGƏR XƏBƏRLƏR

Top