Gələn həftənin ortalarından başlayaraq Yaponiyada koronavirusa qarşı peyvəndləmə prosesi başlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumət başçısı Yoşihide Suga “Yomiuri” qəzetinə verdiyi açıqlamada bildirib. Peyvəndləmənin bir neçə mərhələdə aparılması gözlənilir. İlk mərhələdə təxminən 4 milyon tibb və sosial sahələrdə çalışan işçilərə vaksin vurulacaq. Daha sonra 65 yaşdan yuxarı olan təxminən 36 milyon insan peyvəndlənəcək.
Qeyd edək ki, Yaponiya, Almaniyanın “Pfizer”, İngilis-İsveç əczaçılıq şirkəti “AstraZeneca” və ABŞ-ın “Moderna” şirkətləri ilə müqavilə bağlayıb.