Trampın impiçmentinin davam etməsi üçün keçirilən səsvermənin nəticəsi açıqlandı


ABŞ Senatı keçmiş prezident Donald Trampın impiçmenti məsələsini müzakirə edib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, səsvermə zamanı Demokratlar partiyasının istəyinin yerinə yetirilməsi üçün cəmi 6 respublikaçı lehinə səs verdi. Bu isə Trampın impiçment prosesinin davam etməsinə kifayət etmir. Senat bu mövzunun növbəti dəfə müzakirə edilməsi barədə qərar verib.
Qeyd edək ki, Donald Tramp bəzi amerikalıları ABŞ Konqresinə hücuma təhrik etməkdə günahlandırılır. Əgər impiçment prosesi baş tutarsa Tramp heç bir dövlət vəzifəsi tuta bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top