Yarım milyarda başa gələn tunelə büdcədən hər il nə qədər pul ayrılıb? - Ekspertdən AÇIQLAMA


"Italian Design" Holdinqin rəhbəri Franco Rizzato bildirib ki, 2013-cü ildə Bakı şəhərində tikilən tunelin qiyməti 512 000 000 dollara başa gəlib.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu məlumat yeni müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Samir əliyev açıqlama verib. Ekspert bildirib ki, dövlət büdcəsindən investisiya xərcləri çərçivəsində Qələbə meydanında (Gənclik metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün 2010-2014-cü illərdə ümumilikdə 412 milyon manat ayrılıb:
"Bu, həmin dövrün məzənnəsi ilə 528 milyon ABŞ dollarına bərabərdir. Bunun 225 milyon manatı 2010-cu ildə, 80 milyon manatı 2011-ci ildə, 40 milyon manatı 2012-ci ildə, 62 milyon manatı 2013-cü ildə, 5 milyon manatı isə 2014-cü ildə ayrılıb.  
Bu vəsaitlər Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb".
Qeyd edək ki, "Italian Design" şirkəti yaydığı məlumatı silib.

DİGƏR XƏBƏRLƏR

Top