Nəsiminin qəzəli məşhur serialda səsləndirildi – VİDEO


Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli Türkiyənin məşhur serialında səsləndirilib.
Yeniavaz.com
xəbər verir ki, İ.Nəsiminin qəzəli “Çukur” serialının 4-cü sezonunun 23-cü bölümündə Cavid Mürtezaoğlunun fərqli ifası ilə səsləndirilib. C.Mürtezaoğlunun ifasında səsləndirilən əsər izləyicilər tərəfindən xoş qarşılanıb.  
Qeyd edək ki, əslən İrandan olan 58 yaşlı Cavid Mürtezaoğlu “Sığmazam” qəzəlini 4 il öncə səsləndirib. O, ötən ilin avqust ayında koronavirusdan dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top