Avstraliyalı həkimlər ölmək üzrə olan xəstənin son arzusunu yerinə yetirdilər – FOTO


Avstraliyanın Queensland əyalətindən olan həkimlər ölmək üzrə olan bir xəstənin son istəyini yerinə yetiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “News Chant Australia” xəbər portalı məlumat yayıb. Belə ki, ağır xəstə olan Neil King adlı şəxs ölmək üzrə ikən həkimlərdən son bir arzusunu yerinə yetirmələrini  istəyib. O bildirib ki, ölmədən əvvəl “Point Cleveland” mayakının yaxınlığında okean mənzərəsini seyr etmək istəyib. Həkimlər xəstəni həmin yerə gətirərək son arzusunu yerinə yetiriblər. Bəhs edilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə ən çox izlənən görüntülərə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top