Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyib.
Yeniavaz.com
xəbər verir ki, İcra Hakimiyyəti başçısı Aparatının digər məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda, vətəndaşlar öz problemlərini, şikayət və təkliflərini dilə gətiriblər.
Müraciətlər arasında maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, müalicə üçün köməkliyin göstərilməsi, həmçinin işlə təminat kimi məsələlər üstünlük təşkil edib. 
Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində tapşırıqlar verilib.
​​​​​​​
Vüqar Nəbiyev
 

DİGƏR XƏBƏRLƏR

Top