Almaniyada müsəlmanlara qarşı təzyiqlər artmaqda davam edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyindən gəlib. Bildirilib ki, ötən il ölkədə ən azı 901 anti-islam cinayəti qeydə alınıb. Belə hücumlar 2019-cu illə müqayisədə iki qat artıq olub. 2019-cu ildə Almaiyada 884 müsəlman şirkətlərinə və islam cəmiyyətinə hücum olunub.
Cinayətlərdə 48 nəfər müxtəlif dərəcəli xəsarət aldığı, 2-nin isə dünyasını dəyişdiyi bildirilib. Cinayətlərin 77-si məscidlər ətrafında baş verib.