İlham Zəkiyev nazirlik yanında İctimai Şuraya üzv seçildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, seçkinin təşkili məqsədilə Nazirlikdə doqquz nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından beş üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

S/n

S.A.A

Təmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi

 

Həsənov Məmmədhəsən Murad oğlu

“Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri

 

Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

 

Həsənli Emin Əliyar oğlu

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”  İB-nın sədri

 

Rəhimova Məhluqə Gülməmməd qızı

“Əlil Qadınlar Cəmiyyəti”  İB-nın sədri

 

Qasımov Rey Kərim oğlu

“Qarabağ Qaziləri”  İB-nın İdarə Heyətinin üzvü 

 

Məmmədov Sahib Məlik oğlu

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri

 

Alızadə Sevinc Əsgərxan qızı

“Zəfər” Şəhid Ailələrinə Dəstək”  İB-nın sədri

 

Həsənov Mirhəsən Yusif oğlu

”Çernobıl Əlilləri İttifaqı”  İB-nın sədri

 

Rzaquliyev Füzuli Ədəb oğlu

“Azərbaycan Vətən Müharibəsi Veteranları”   İB-nın sədri

 

Əliyev Mayis Nəbi oğlu

”Sosial Hüquqların Araşdırılması”  İB-nın sədri

 

Mahmudova Ramilə Rasim qızı

“İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“  İB-nın sədri

 

Abışova Vüsalə Mahir qızı

“Azəri Press” Agentliyinin (APA) baş direktoru

 

Zəkiyev İlham Əzizağa oğlu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti

 

İsmayılova Nailə İsgəndər qızı

“Yeni Həyat Humanitar və Sosial Dayaq”  İB-nın sədri

 

Məmmədov Elşad Yaqub oğlu

“Ümman” Əlilliyi olan uşaqlara Qayğı”  İB-nın icraçı direktoru

DİGƏR XƏBƏRLƏR

Top