"Yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır"

"2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır". Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir: "Belə görünür ki, hökumət manatın indki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir. Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa. Şübhəsiz ki, strateji baxımdan bu addımın fəsadları olacaq - ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan. Üstəlik, hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və vaxt itirmədən start verəcək. Əks halda biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illər bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır. Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? Manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalanma isə fiskal baxımdan hökumətin maraqlarına cavab vermir. Bu baxımdan Mərkəzi bank vasitəsilə valyuta dəstəyi mexanizmi hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top