"Qaçqınkom"dan yataqxana otaqlarının satılması ilə bağlı AÇIQLAMA


"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur".

Bu barədə Yeniavaz.com-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, fevralın 8-də “Xəzər” TV-nin “Xəzər-Xəbər” proqramında Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə reportaj yayımlanıb:
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top