“Nə üçün xalqın xoşbəxtliyini tərənnüm edən tamaşalar göstərilmir?”- Prezident nazirin danlayıb


Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov mədəniyyət naziri Atagəldi Şamıradovu möhkəm danlayıb.

Bu barədə hökumətə yaxın “Neytralnıy Turkmenistan” qəzeti məlumat yayıb. Türkmən prezidentin fikrincə, ölkədə mədəniyyət sahəsində durğunluq bədii və incəsənət sahəsində uşaq məktəblərinin pis təşkil olunması ilə bağlıdır. “Biz dövlətimizin daimi bitərəfliyinin 25 illik yubilieyini qeyd edirik, lakin bununla əlaqədar hər hansı mədəni tədbir keçirilməyib”,-deyə Q.Berdimuhammedov söyləyib.

Türkmənistan prezidenti teatrlar və digər mədəni ocaqlarda ölkənin əldə etdiyi nailiyyətlərin lazımı şəkildə tərənnüm edilmədiyini, teatral rejissorluq səviyyəsinin aşağı düşdüyün vurğulayıb.

Qeyd etmək lazımdır ki, Türkmənistan dünyada ən qapalı və sərt rejimlərdən biri heab olunur.

Əhalinin mühüm hissəsi iş tapmaq və dolanmaq üçün Rusiya və Türkiyə kimi ölkələrə üz tutub. Burada ölkə prezidentinin şəninə onlarla mədhiyyə, şer və mahnılar yazılır.

Qurbanqulu Berdimuhammedovun özü isə tez-tez teleefirdə gitara ilə mahnı oxuyaraq, hətta rep deyərək çıxış edir. //musavat.com

DİGƏR XƏBƏRLƏR

Top