Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi üzrə aparılan əməliyyat zamanı 193 təşkilat yaraqlısı öldürülüb. "Anadolu" xəbər verir ki, əməliyyatda iştirak edən komandir Əbdüləmir Yarallah açıqlamasında şəhərin şərq hissəsində yerləşən Əs-Sukar məhəlləsinin azad edildiyini bildirib. Onun sözlərinə görə, şəhərin cənubundakı Əd-Dubbat məhəlləsi ilə şimalındakı "7 Aprel" məhəlləsinin bir qismində də nəzarət bərpa edilib.Report