Bakıda qazi adıyla dilənçilik edən şəxs tutuldu - cibindən 50-100 manatlar çıxdı - VİDEO


Qazi adından istifadə edərək insanları aldadan şəxsin saxlanılması ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Videogörüntülərdə saxlanılan şəxsin üzərindən pul, bank kartı və sarğı bezləri tapılıb. Bildirilir ki, sözügedən şəxs sarğı bezlərindən istifadə edərək özünü yaralı kimi göstərirmiş.
Qeyd edək ki, Yasamal rayonu, Landau küçəsində də bir nəfərin özünü qazi kimi təqdim edərək, insanlardan pul alması ilə bağlı videonu təqdim etmişdik.
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən açıqlamada məsələ ilə bağlı rəsmi məlumatın veriləcəyi bildirildi. 

DİGƏR XƏBƏRLƏR

Top