Rusiya sülhməramlıları Kəlbəcərə tikinti materialları çatdırıb - VİDEO


Rusiya sülhməramlı kontingenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə tikinti və digər materialların çatdırılmasını təmin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, sosial obyektlər, yaşayış binalarını, enerji və su təchizatı sistemlərini bərpa etmək üçün Kəlbəcər rayonuna 20 hərbi yük maşını tikinti materialları gətirilib. Onları daha beş texnikadan ibarət avtomobil karvanı müşayiət edib. Yük 150 tondan çox olub.
Qeyd edək ki, konvoy Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib. Xatırladaq ki, Murov yolu əlverişsiz olduğundan Kəlbəcərə sözügedən marşrut xətti üzrə yüklərin daşınması aparılır. Yüklər yalnız Rusiya sülhməramlılarının avtomobilləri ilə daşınır.

DİGƏR XƏBƏRLƏR

Top