Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş rayonlarda səfərdədirlər.
Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, səfər çərçivəsində diplomatik korpus nümayəndələri ermənilər tərəfindən darmadağın edilmiş Zəngilan məscidinə də baş çəkiblər.
Liviyalı diplomat Əşrəf Adəm dağıdılmış məsciddə namaz qılıb.
Diplomatın ibadətini əks etdirən görüntüləri təqdim edirik: