Karton stəkanda çay içənlərin nəzərinə – Bu xəstəliklərə səbəb olur


İndiki zəmanədə istehlak etdiyimiz bir çox qida demək olar ki, sağlamlığımıza zərərlidir. Qida ilə yanaşı sənayə istehsalında da sağlamlığımız üçün zərərli olan məhsullar var. Onlardan biri də karton qablardır. Bildiyimiz kimi, plastik və karton qablar pandemiya dövründə insanlar arasında daha çox istifadə edilməyə başlandı. Lakin bir çox mütəxəssislər bu cür qabların insan sağlamlığına mənfi təsir etdiyini deyir. 
Əsas xammalı sellüloz olan karton stəkan növləri hər zaman ağacdan deyil, bəzən saman, kətan və ya pambıq liflərindən əldə edilir. Ağacdan alınan sellüloz digərlərindən daha yüksək keyfiyyətə malikdir və çox az kimyəvi maddələrlə qarışdırılaraq istifadə olunur. Belə məhsullar mütəmadi istifadə olunduqda, kanserogen maddə ifraz olunur. Gün ərzində 2-3 stəkan istifadəsinin isə zərərli olmadığı qeyd olunur.  
Yeniavaz.com xəbər verir ki, türkiyəli həkim Dr. Filiz Abacıgilin sözlərinə görə, karton stəkan isti su ilə təmasa girdiyi zaman sağlamlığa daha çox zərərli olur, hətta xərçəng riskini artırır. Bununla yanaşı hormonal, sinir sistemi ilə əlaqəli problemlər yaradır.  
Hindistan Texnologiya Universitetinin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, gündə orta hesabla 3 fincan çay və ya qəhvə içən insan, gözlə görülə bilməyən 75 min mikroplastik hissəcik udur.

DİGƏR XƏBƏRLƏR

Top