Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara vəzifə verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.
Xatırladaq ki, Aygün Attar 2019-cu ildə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin olunmuşdu.