Kraliça “MI5”in keçmiş rəhbərini yüksək vəzifəyə təyin edib


Böyük Britaniya kraliçası II Yelizaveta Bukinhem sarayında ölkənin əks-kəşfiyyat xidməti olan “MI5”in keçmiş rəhbəri Endryu Parkeri yüksək vəzifəyə təyin edib.

Bu barədə Bukinhem sarayı məlumat yayıb.

Bildirilib ki, Parker aprelin 1-də etibarən sarayda Lord Kamerqer vəzifəsini icra edəcək. 

Lord Kamerqer vəzifəsinə təyin olunan şəxs Kral sarayında bütün təsərrüfat işlərinə məsuldur. Eyni zamanda Monarxla Britaniya Parlamentinin Lordlar Palatası arasında əlaqə yaradır, kral ailəsinin üzvlərinin iştirak etdiyi dövlət ziyarətlərini və toy mərasimlərini təşkil edir. 

Qeyd edək ki, bundan əvvəl Lord Kamerqer vəzifəsini 73 yaşlı Uilyam Pil yerinə yetiridi.

Xatırladaq ki, bu vəzifə XIV əsrdə yaradılıb.//apa

DİGƏR XƏBƏRLƏR

Top