Gələcəyin müharibələri - kiber müharibəni apara bilən ölkələr

“Zecurion Analytics” şirkəti kiber müharibənin aparılması üçün daha çox potensialı olan ölkələrin reytinqini tərtib edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, kiber məkanında müharibələrin potensial liderlərinin ilk üçlüyünə ABŞ, Çin və Böyük Britaniya daxil olublar. ABŞ kibertəhlükəsizliyə ildə təqribən 7 milyard dollar xəcləyir. Çin və Britaniyada bu göstərici müvafiq olaraq təqribən 1,5 milyard dollar və 450 milyon dollardır. İlk onluğa, həmçinin Almaniya, Şimali Koreya, Fransa, Cənubi Koreya, İsrail, Polşa və Yaponiya daxil olublar. Reytinq müəllifləri iddia edirlər ki, yaxın gələcəkdə bir çox real müharibələr kiber məkana keçəcək. Kiber döyüşçü bölmələrinin 3 fəaliyyət istiqaməti olacaq: casusluq, informasiya müharibələri və kiberhücumlar.

DİGƏR XƏBƏRLƏR

Top