Rusiyalı manyak 81 qətl törədib

Rusiyanın Anqarsk şəhərindən olan manyak 59 nəfəri qətlə yetirdiyini etiraf edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrkutsk üzrə İstintaq Komitəsinin Baş İdarəsindən deyiblər. Bunadək Mixail Popkov adlı manyaka 47 epizod üzrə ittiham irəli sürülmüşdü. 2015-ci ilin yanvarında keçmiş milis işçisi olan manyak 22 yerli qadın sakini öldürməyə və daha ikisinə ağır bədən xəsarətləri yetirməyə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Hökm oxunduqdan sonra o, etiraf etdiyi yeni cinayətlərin araşdrılmasına görə manyakın ciddi rejimli koloniyaya keçirilməsi yubadılırdı. Bununla da M.Popkov ümumilikdə 81 qətldə günahını etiraf edib. Müqayisə üçün qeyd edək ki, 1994-cü ildə edam edilmiş manyak Andrey Çikatilo 53 sübut olunmuş qətl törətmişdi.

DİGƏR XƏBƏRLƏR

Top