Mərakeşdə çadranın hazırlanması və satışı qadağan edildi

Mərakeş hakimiyyəti qadının üzv və bədənini tamamilə örtən pərəncənin (çadra) hazırlanması və satışını qadağan edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Mərakeş Daxili İşlər Nazirliyi şəhərlərdə ticarətə nəzarət edən əməkdaşları arasında müvafuq təlimatı yayıb. Pərəncənin tikişi və satışı bu həftədən qadağan edilir. DİN-dən deyiblər ki, Mərakeşin bütün şəhərlərində bu geyim formasının idxalı, istehsalı və yayılması qadağan olunub. Bu addım təhlükəsizlik düşüncəsiylə atılıb, belə ki, cinayətkarlar daha əvvəl çadralardan dəfələrlə istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top