DİM buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib


Dövlət İmtahan Mərkəzi ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, DİM-dən verilən xəbərə görə, Mərkəz tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər: http://eservices.dim.gov.az/sagird/indexsh.aspx

Arayışın kodunu bu keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar.

DİGƏR XƏBƏRLƏR

Top