Sumqayıtda Bakı avtobusu ilə "avtoş"luq edən sürücü saxlanılıb - VİDEO


Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkələrdə "Sumqayıtda sərnişin avtobusunun qaçırılıb" başlıqlı görüntülər paylaşılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top