Dünyada ilk ekoloji məscid Omanda olacaq

Omanda tezliklə dünyada ilk dəfə tam olaraq “yaşıl enerji” ilə işləyən məscid inşa ediləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu layihənin baş memarı Badr Əl-Hadabi deyib. Onun sözlərinə görə, layihənin yaradılması üzrə işlərin 90 faizi başa çatıb: “Hazırda məscidin damında günəş panellərinin quraşdırılması aparılır”. Əl-Hadabi bildirib ki, hakimiyyətdən məscidin tikintisi üzrə icazə gözləyir. O vurğulayıb ki, məcsidin tutumu 50 nəfərlik olacaq. Əl-Hadabi məcsidin sahəsinin belə kiçik olmasını onunla izah edib ki, məkanda havanın kondisionerləşdirilməsi üçün böyük həcmdə enerji lazımdır: “Kondisionerlərə ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərf edilir”.

DİGƏR XƏBƏRLƏR

Top