Erməni general Qarabağdakı separatçı ordunun yaxın vaxtlarda ləğvini təkzib etmədi


Qarabağdakı separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Ermənistanın İctimai televiziyasına açıqlama verib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Vitali Balasanyan bir müddətdir erməni mediasında separatçıların ordusunun Ermənistana köçürülməsi ilə bağlı yayılan məlumatları təkzib etməyib. O, Azərbaycan hərbçilərinin Xankəndi və ətrafına rahat şəkildə gediş-gəlişini yalanlasa da separatçı ordunun Qarabağdan yığışdırılması ilə bağlı verilən sualları cavabsız qoyub.
Qeyd edək ki, artıq bir müddətdir ki, Ermənistan mediasında qondarma respublikanın ordusunun və silah-sursatlarının Ermənistana köçürüləcəyi ilə bağlı xəbərlər gedir. Hətta, hava hücumundan müdafiə sistemlərinin artıq Ermənistan ərazisinə aparıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top