Türkiyədə növbəti terror - polis idarəsinə silahlı hücum olub, ölən var ​

Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.

Verilən yeni məlumata əsasən, polis idarəsinə girməyə çalışan terrorçu öldürülüb.

Terrorçunun üzərində bomba olub. Hadisə yerində digər terrorçularla silahlı qarşıdurma başlayıb.

2 və ya 3 terrorçu üzərində bomba jileti ilə idarəyə girməyə çalışıb.

Terrorçuları həbs etmək üçün polis əməliyyat tədbirləri keçirir.

Qaçan terrorçulardan biri polis idarəsinin avtomobil dayanacağındadır.

Atışma davam edir.

***

Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.APA

DİGƏR XƏBƏRLƏR

Top