Erməni KİV: Azərbaycan və Ermənistan rəsmilərinin növbəti görüşü baş tutacaq


Azərbaycanın baş nazir müavini Şahin Mustafayev, Rusiyanın baş nazir müavini Aleksey Overçuk, Ermənistanın baş nazir müavini Mher Qriqoryan fevral ayında Moskvada görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, görüşdə baş nazir müavinləri ilə yanaşı hər iki tərəfdən İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər qurumların rəsmi nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın baş nazir müavini Şahin Mustafayev, Rusiyanın baş nazir müavini Aleksey Overçuk, Ermənistanın baş nazir müavini Mher Qriqoryan sonuncu dəfə 30 yanvar tarixində Moskvada görüşmüşdü. Görüş zamanı bölgədəki nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə atılacaq addımlar və yeni həyata keçiriləcək planlar müzakirə olunmuşdu.

 

DİGƏR XƏBƏRLƏR

Top