İlkin Süleymanovun anası: "Hansı dəlillərə görə cəzası 4 ay artırılmalıdır?" - VİDEO


10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun yaxınları Prezident Adminstrasiyası qarşısında etiraz edir. 
Yeniavaz.com
“Açıq Azərbaycan”a istinadən xəbər verir ki, etirazçılar arasında İ.Süleymanovun anası da olub. O bildirib ki, İlkinə etdiklərinin eynisini bizə də etdilər: “Onun başına açdıqları oyunu, bütün kəndin də başına açdılar. Ata və anasını da maşına qoyub öz evindən tərkivətən etdilər. Mən 6 övlad böyütmüşəm. Ana necə anadır ki, bu qədər  müddət ərzində oğlu evdə qız saxlasın, xəbəri olmasın. Mən indiki zəmanədə evdə odun yandırıb isinirəm. 47 gün ərzində bir qız o soyuqda qala bilməz. Bir nəfər getsin evimdə qalsın görüm, yaşaya bilərmi. İlkin atası insult keçirəndən sonra bacısı ilə eyni otaqda qalıb. Bu gün ana kimi Qarabağı işğaldan azad edən prezidentin qarşısına gəlmişəm.  Mənim övladım 13 aydır günahsız ola-ola həbsdədir. Hansı dəlillərə görə cəzası 4 ay artırılmalıdır?” 
İlkin Süleymanovun yaxın qoxumlarından biri bldirdi ki, istəsələr bu məsələ beş gün ərzində araşdırılardı: Nəyə görə, 47 gün ərzində cinayətkar tapılmadı. Hansı evlər, həyətlər yoxlanıldı? Tovuz rayon polis rəisi Şirzad Ələsgərov maşınla gəlib hərlənirdi. Bu üç gün ərzində qurulmuş ssenari idi. İlkini aparandan sonra bütün kəndi mühasirəyə aldılar, hər evin qarşısında bir polis dayandı. Kim evdən çıxmaq istəyirdisə, qoymurdular. Böyük, kiçik hamı bu məsələdə qorxdu. İlkini də döyüb, işgəncə verib cinayəti boynuna qoydular”. 

 

DİGƏR XƏBƏRLƏR

Top