Beyləqanda 3 aydan çoxdur şəhidlərə başdaşı qoyulmayıb – VİDEO


Beyləqan rayonu Əhmədli kəndinin üç şəhidinin hələ də məzardaşları qoyulmayıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən də aydın olduğu kimi Əhmədli Kəndinin Vətən müharibəsi şəhidləri Hüseynov Aqil, Quliyev Orxan və Vəliyev Fəridin məzar daşları hələ də qoyulayıb.
Xatırladaq ki, şəhid Orxan Quliyev Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid Hüseynov Aqil də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub və 8 oktyabr doğulduğu kənddə dəfn edilib. Vəliyev Fərid Güloğlan oğlu 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, bir neçə gün öncə şəhid Hüseynov Aqilin qardaşı Hüseynov Adil də sosial şəbəkələrdə məsələ ilə bağlı video yayımlayıb. O bildirib ki, Beyləqan rayon İcra başçısı Asif Ağayevin qəbulunda olub və başçı bildirib ki, bununla bağlı büdcə ayrılmadığına görə məzar daşlarını qoydura bilmərik.
Məsələ ilə bağlı  Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top