İstanbul 16 ildə ilk dəfə turist qıtlğı yaşayıb

Son 16 ildə ilk dəfə olaraq İstanbulda turist sayının azalması qeydə alınıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Turoperatorları Assosiasiyasından deyiblər. Belə ki, ötən il şəhərə 2015-ci illə müqayisədə 26 faiz az turist, cəmi 9,2 milyon nəfər səfər edib. Turist sayında ən çox azalma ABŞ-dan (-43,2 faiz) və Rusiyadan (-39,2 faiz) gələnlərdə müşahidə edilib. Türkiyə kurortlarının populyarlığında da azalma var. Belə ki, 2016-cı ilin yekunları üzrə Antalyada turistlərin sayı 2004-cü il səviyyəsinə düşüb. Ötən il Antalya 2015-ci illə müqayisədə 43 faiz turist itirib. Şəhərə cəmi 6 milyon nəfər gəlib. Bodrumun xarici turist itkisi isə 43,4 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top