Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - YENİLƏNİB

Yanvarın 31-də Kürdə batan şəxslərdən birinin meyiti tapılıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. 

Qeyd edək ki, Sadıxbəyli Ramin II Qarabağ müharibəsində iştirak edib. Yaxınlarının sözlərinə görə, o, bu il yanvarın əvvəllərində evə buraxılıb. Mingəçevir şəhərinə isə qonaq gedib. 31 yanvar tarixində Yusifov Səfxan Aydın oğluna aid qayıqla Kür çayında balıq tutmağa gedib. Saat 17:00-dan sonra isə ondan xəbər almaq mümkün olmayıb.


***13:00

31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün  Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

***12:00
Xəbər verdiyimiz kimi, yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki vətəndaşın itkin düşməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.

Dalğıc axtarış qruplarının həyata keçirdiyi ilkin axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top