Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə direktor təyin edilib


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib.
O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb.
Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top