ANS-in jurnalistləri başqa telekanala keçdilər

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri "İnterAz" internet televiziyasına keçiblər.

Yeniavaz.com-a publika.az-a istinadən xəbər verir ki, artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əliisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri "İnterAz" TV-də işə başlayıblar.
Keçmiş ANS-çi Kəmalə Əliisgəndərqızı "İnterAz"ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.
Eyni zamanda "İnterAz" TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.
"İnterAz" rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top