Bu şəhər Azərbaycanın yeni Gənclər Paytaxtı elan edildi


2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib.
Gənclər və İdman Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən Göygöl 2021-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.
Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı seçilib.

DİGƏR XƏBƏRLƏR

Top