“British Airways” şirkətinin əməkdaşları tətilə başlayıblar

Böyük Britaniyada əmək haqqının az olmasından şikayətlənən "British Airways"in əməkdaşları çıxış yolunu işə çıxmamaqda görüblər. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, "British Airways"in əməkdaşalrı əməkhaqqlarının artırılmasına nail olmaq məqsədi ilə ikigünlük tətilə başlayıblar. Tətil iştirakçıları əmək haqqlarının artırılmasını və bununla bağlı şirkət rəhbərliyi tərəfindən verilən vədlərin yerinə yetirilməsini tələb edirlər.

Bununla belə "British Airways"dən verilən məlumata görə, tətil Hitrou Qatvik və London Siti hava limanlarının uçuşları həyata keçirməsinə mane olmayacaq.

Xatırladaq ki, "British Airways" 2010-cu ildə "Mixed Fleet" sistemi ilə işləməyə başlayıb. Bu sistemə görə, ekipaj 2 tip üzrə uzaq məsəfələrə uçuşda iştirak edə bilər. Bu müstəvidə də onlara ildə 21-25 min funt sterlinq mükafat verilməsi nəzərdə tutulub. Lakin şirkət vədinə əməl etməyib. Bu da "British Airways" əməkdaşlarını tətilə başlamağa məcbur edib.

DİGƏR XƏBƏRLƏR

Top