Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə Xarici Dairəvi Yolda qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil, qarşıdan gələn "Opel"ə çırpılıb.
Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisədən sonra yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.