Anar Cəbrayıllı: “Azərsu” bu il də ziyanla işləyəcək


“Bu tarif dəyişikliyi sırf “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, insanlara göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, yəni dövlət büdcəsindən subsidiyaların asılılığının aradan qaldırılmasına hesablanıb”.
Yeniavaz.com xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, “Azərsu” bu ili də ziyanla başa vuracaq.
“Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə də səhmdar cəmiyyəti ziyanla işləyəcək. Bizim balansımızda kifayət qədər böyük həcmli qurğular var. Onların amartizasiyasını nəzərə alsaq 2021-ci ili ziyanla başa vuracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top