
Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan ABŞ-a getdiyi barədə məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan mətbuatı Anna Hakopyanın ABŞ-a gizli şəkildə getdiyini və bu barədə heç bir açıqlama verilmədiyini yazıb.
Bu gün sosial şəbəkələrdə Anna Hakopyanın ABŞ-ın Los Anceles şəhərindəki hava limanından çıxan zaman çəkilən görüntüləri yayılıb.
Bildirilir ki, Anna Hakopyan dünən axşam saat 02:50-də “Zvartnots” hava limanından Dohaya uçub. Dohadan isə Los Ancelesə yola düşüb. Bu gün 43 yaşı tamam olan (1 fevral 1978-ci ildə anadan olub) Anna Hakopyanın ABŞ-a hansı səbəbdən getdiyi açıqlanmayıb.
Xatırladaq ki, təxminən 20 gün əvvəl Anna Hakopyan Rusiyaya da gizli şəkildə səfər edib. Yayılan məlumatlarda Anna Hakopyanın Moskvanın elit restoranlarında “Köhnə Yeni ili” qeyd etdiyi bildirilib.