DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladı

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır. Bu haqda DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumat verib. O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, M.Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib. Bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top