“Azərsu”dan qurumun milyonlarla dollara tikilən binası ilə bağlı açıqlama: “Bir manat belə...”


“Yeni tikilən bina tikilməkdə olan obyektlərin siyahısındadır. Hələ o balansa qəbul olunmayıb. Və qeyd etmək istəyirəm ki, yeni inzibati bina bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin maya dəyərində heç bir rol oynamır. Orada istifadə olunan bir manat belə “Azərsu” ASC-nin tariflərində yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin Tarif Şurasının qərarı ilə bağlı keçirdiyi brifinq zamanı, qurumun iqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.
Qeyd edək ki, “Azərsu” ASC-nin yeni tikilən və milyonlarla dollara başa gələn inzibati binası ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olmuş, Tarif Şurasının ötən gün suyun qiymətləri ilə bağlı verdiyi qərardan sonra isə bu müzakirələr daha da alovlanmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top