
“Tariflərin artırılması bir dövlət müəssisəsi olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin büdcədən asılılığını azaldacaqdır. Büdcədə yaranmış o əlavə imkanlar, əlavə maliyyə vəsaitləri əhalinin, istehlakçıların digər sosial xidmətlərinə yönəldilməsinə yəqin ki, istiqamətləndiriləcəkdir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin Tarif Şurasının qərarı ilə bağlı keçirdiyi brifinq zamanı, qurumun iqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.